“Sənaye 4.0 texnologiyaları və iqlim dəyişmələri” mövzusunda “4SİM Talks” tədbiri keçirilib Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə sənaye 4.0 texnologiyalarının rolu müzakirə olunub. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə COP29 çərçivəsində “Sənaye 4.0 texnologiyaları və iqlim dəyişmələri” mövzusunda növbəti #4SİMTalks tədbiri keçirilib. 4SİM-in icraçı direktoru Fariz Cəfərov iştirakçıları salamlayaraq qurumun fəaliyyəti və “4SİM Talks” təşəbbüsü barədə məlumat verib. Qeyd olunub ki, bu təşəbbüs dövlət, özəl sektor, eləcə də elm-təhsil müəssisələrinin 4-cü sənaye inqilabı texnologiyaları, onların tətbiqi sahələri, üstünlükləri, uğurlu həllər haqda məlumatlandırmaq və Elm-sənaye klasteri 4.0-ın formalaşdırılması məqsədilə həyata keçirilir. Beynəlxalq ekspertlər “Plug and Play” Texnologiya Mərkəzinin enerji və davamlılıq rəhbəri Vade Bitaraf, “BrainboxAI” şirkətinin baş direktoru Sam Ramadori və “Google” şirkətinin Mərkəzi Asiya, Qafqaz, inkişaf etməkdə olan bazarlar, hökumətlə əlaqələr və dövlət siyasəti şöbəsinin rəhbəri Olqa Skoroxodova müvafiq olaraq “Enerji sahəsində fəaliyyət göstərən startaplar”, “Enerji sərfiyyatının optimallaşdırılmasında Süni intellekt” və “İqlimdə rəqəmsallaşmanın rolu” mövzularında təqdimatla çıxış ediblər. Sonda beynəlxalq ekspertlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.
-
+1