4SİM Azərbaycan / C4IR Azerbaijan

4SİM Azərbaycan / C4IR Azerbaijan

Government Administration

Center for Analysis and Coordination of the Fourth Industrial Revolution

About us

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Center for Analysis and Coordination of the Fourth Industrial Revolution

Website
https://4sim.gov.az
Industry
Government Administration
Company size
11-50 employees
Headquarters
Baku
Type
Public Company
Founded
2021
Specialties
Industry 4.0, IoT, Ai/ML, Machine Learning, and Artificial Intelligence

Locations

Employees at 4SİM Azərbaycan / C4IR Azerbaijan

Updates

  • (AZE) İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), rəsmi tərəfdaşlığı ilə sayca 4-cü InMerge İnnovasiya Sammiti başa çatıb. İki gün davam edən tədbirdə 25 ölkədən 4000-ə qədər iştirakçı, 60-dan çox investor, 150-dən çox startup iştirak edib. Sammitdə bu il “Youtube” şirkətinin həmtəsisçisi Stiv Çen, "Amazon"un vitse-prezidenti Verner Vogel, Harvard Biznes Məktəbinin professoru Linda Hill və "Waze"in təsisçisi Uri Levin kimi tanınmış simalar öz təcrübələrini iştirakçılarla paylaşıblar. --- --- ---- ---- --- --- (ENG) The 4th INMerge Innovation Summit, organized in official partnership with the Center for Analysis and Coordination of the Fourth Industrial Revolution (4SİM Azərbaycan / C4IR Azerbaijan) under the Ministry of Economy, has successfully concluded. Over the course of two days, the summit gathered nearly 4,000 participants from 25 countries, including more than 60 investors and over 150 startups. This year’s event featured keynote speakers such as YouTube co-founder Steve Chen, Amazon Vice President and CTO Werner Vogels, Harvard Business School Professor Linda Hill, and Waze founder Uri Levine, who shared their invaluable insights and experiences with attendees.

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • 4SİM-in təşkilatçılığı ilə INMerge Innovation Summitində “Növbəti yaşıl təkamül: Davamlı inkişaf məqsədlərinə çatmaq üçün inkişaf etməkdə olan texnologiyalardan istifadə” adlı panel təşkil olunub. BridgizzGlobalinux şirkətlərinin təsisçisi və Baş İcraçı direktoru Ahmed Larouzun moderator olduğu paneldə SJ Group Private Limited şirkətinin Baş İcraçı direktoru Tan Wooi Leong , BP Azərbaycan-Gürcüstan-Türkiyənin Gürcüstan üzrə vitse-prezidenti Ayten Agalarova (Hajiyeva), SOCAR-ın vitse-prezidenti Kanan NajafovMcKinsey & Company şirkətinin Baş tərəfdaşı Yermolai Solzhenitsyn davamlı inkişaf məqsədlərinə nail olmaq üçün iqlimə daha az təsir edən texnologiyaların iqtisadiyyatda tətbiqi ilə bağlı öz fikirlərini bölüşüblər.

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +2
  • InMerge sammitində 4SİM-in təşkilatçılığı ilə 5 panel sessiyadan ibarət “Yeni İqtisadiyyat” vertikalı baş tutub. Vertikalın ilk sessiyası olan Hökumət panelində Özbəkistan Respublikasının İnformasiya texnologiyaları və kommunikasiyalarının inkişafı nazirinin birinci müavini Olimcon Umarov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Türkiyə Respublikasının Sənaye və Texnologiya nazirinin müavini Kasım Gönüllü, Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini İrakli Nadareişvili və Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli iştirak ediblər.

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +1
  • INMerge Innovation Summit-i çərçivəsində Regional Vençur Fondlar Fondu təşəbbüsü müzakirə olunub SABAH.HUB-ın təşəbbüsü və 4SİM-in dəstəyi ilə InMerge İnnovasiya Sammiti çərçivəsində Regional Vençur Fondlar Fondu təşəbbüsünü müzakirə etmək üçün Qafqaz və Mərkəzi Asiyadan olan vençur kapitallı firmalar və ekosistem iştirakçıları arasında dəyirmi masa keçirilib. Sessiyada təşəbbüsün ətraflı icmalı təqdim olunub, onun innovasiyaları və regional əməkdaşlığı təşviq etmək potensialı qeyd olunub. İştirakçılar Fondun strukturu, məqsədləri və təşəbbüsü irəli aparmaq üçün tələb olunan növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Görüşdə kapitala çıxışın genişləndirilməsi və qlobal bazarlarda startapların miqyasının artırılması üçün regional əməkdaşlığın vacibliyi vurğulanıb.

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • INMerge sammitində regionda yeni vençur kapital fondu təsis edildi 4SİM-in rəsmi tərəfdaşı olduğu “InMerge" İnnovasiya Sammiti çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PASHA Innovation" və Türkiyənin "DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret" şirkəti tərəfindən 4 mln. dollar dəyərində "InMerge" vençur fondunun yaradılması üzrə Birgə İştirak Müqaviləsi imzalandı.  Fond çərçivəsində Qafqaz və Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarından olan startaplara yatırımların edilməsi nəzərdə tutulur.

    • No alternative text description for this image
    • No alternative text description for this image
  • İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (Education Development Fund ) dəstəyi ilə ABŞ-nin “Coursera” şirkətinin “#CourseraForCampus” proqramı ilə bağlı məlumat sessiyası keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin və yerli universitetlərin nümayəndələri iştirak ediblər. “Coursera for Campus” proqramının məqsədi təhsil müəssisələrinə təlim-tədris dəstəyi göstərmək, tələbələrin karyeralarına töhfə verməkdir. Bu təşəbbüs strateji problemlərin həllində universitetlər, kolleclər və müvafiq dövlət orqanları ilə əməkdaşlığı əhatə edir. Layihə təlim proqramlarının modernləşdirilməsi, tələbələrin məşğulluğunun və nailiyyətlərinin artırılması, rəqəmsal bacarıqların inkişafı, həyat boyu öyrənmə kimi sahələri əhatə edir. “Coursera for Campus” proqramı çərçivəsində tələbələr dünyanın tanınmış universitetlərinin və şirkətlərinin kurslarını bitirərək sertifikat əldə etmək imkanı qazanacaqlar. Həmçinin, Azərbaycan universitetləri gələcəkdə öz tədris proqramları ilə “Coursera” platformasına qoşula bilərlər. 4SİM-in icraçı direktoru Fariz JAFAROV proqramın Azərbaycanda tələbələrin şəxsi inkişafı, o cümlədən elm və sənaye 4.0 klasterinin formalaşdırılması üçün əhəmiyyətli olduğunu vurğulayıb. TİF-in İdarə Heyətinin sədri Elnur Nasibov, “Coursera” ilə əməkdaşlığı təhsilin beynəlmiləlləşməsi istiqamətində mühüm addım kimi dəyərləndirib. Tədbirdə “Coursera for Campus” proqramının Avropa və Böyük Britaniya üzrə direktoru Andy Poole və “Coursera”nın Hökumətlərlə Tərəfdaşlıq üzrə direktoru Akanksha Kapoor “Ali təhsilin generativ süni intellekt və onlayn öyrənmə ilə transformasiyası” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatda generativ süni intellektin təhsil sahəsinə təsirləri, süni intellektdən istifadə imkanları barədə məlumat verilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (#4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (Education Development Fund ) və ABŞ-nin “Coursera” şirkəti tərəfindən birgə həyata keçirilən "#4SİAkademiyası" layihəsinin pilot mərhələsinin başa çatması ilə əlaqədar tədbir keçirilib. 4SİM-in icraçı direktoru Fariz JAFAROV akademiyanın ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verdiyini vurğulayıb. Layihə müddətində 1 il ərzində 10 min nəfər “Coursera” onlayn təhsil platformasında 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan ödənişsiz yararlanıb. İştirakçılar 32 min saatdan çox videomühazirələrə qatılıblar, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4300 beynəlxalq sertifikat əldə ediblər. Bildirilib ki, “4Sİ Akademiyası” layihəsi “Milli Proqram” şəklində davam etdiriləcək. Proqram 200 min vətəndaşı, o cümlədən “Coursera” platformasında təqdim olunan 8 min kursun hamısını əhatə edəcək. Yalnız ingilis dilində kursların təqdim olunduğu pilot layihədən fərqli olaraq, “Milli Proqram” çərçivəsində bütün kurslar Azərbaycan dilində altyazı ilə müşayiət olunacaq. Daha çox tələbatın olduğu 20 kurs isə süni intellekt vasitəsilə Azərbaycan dilində səsləndiriləcək. Təhsil platformasında bu ildən süni intellekt əsaslı “Coursera Coach” fərdiləşdirilmiş bələdçi funksiyası istifadəyə veriləcək. Bu bələdçi vasitəsilə istifadəçi öz təhsilinə və karyera hədəflərinə uyğun kurslar haqqında məlumat alacaq. Həmçinin platformada “Hiring Solutions” (İşəgötürmə həlləri) aləti Azərbaycandakı işəgötürənlər üçün əlçatan olacaq. Müəssisələr bu alət vasitəsilə istədikləri bilik və bacarıqlara uyğun kursları bitirmiş şəxslər haqqında məlumat alacaqlar və onları işə dəvət edə biləcəklər. Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nasibov, istifadəçilərin “4Sİ Akademiyası” çərçivəsində dünyanın nüfuzlu universitet və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından yararlandığını bildirib. “Coursera” şirkətinin Avropa, Orta Şərq və Afrika regionu üzrə icraçı direktoru Nikolaz Foucaud 148 milyondan çox istifadəçisi olan “Coursera” platformasında dünyanın aparıcı universitetləri və qabaqcıl texnologiya şirkətlərinin onlayn kurs və təlimlərinin təklif edildiyini qeyd edib. Azərbaycanlı istifadəçilərin layihə çərçivəsində aktiv şəkildə kurslara qatıldığını, əsasən rəqəmsal texnologiyalar, süni intellekt və biznes yönümlü təlimlərə maraq göstərdiklərini diqqətə çatdırıb. Tədbir çərçivəsində “4Sİ Akademiyası”nın məzunları uğur hekayələrini iştirakçılarla paylaşıblar. Yüksək nailiyyət qazanmış məzunlara sertifikatlar təqdim olunub.

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +2
  • "InMerge" İnnovasiya Sammitinə 1 gün qaldı 4SİM 10-11 oktyabr 2024-cü il tarixlərində Bakıda baş tutacaq INMerge Innovation Summit-in əsas tərəfdaşıdır. 4-cü dəfə ölkəmizdə keçirilən sammitdə müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr bu il də diqqət mərkəzində olacaq. 4SİM-in təşkilatçılığı ilə, oktyabrın 10-da 5 panel sessiyadan ibarət "Yeni İqtisadiyyat" vertikalı baş tutacaq. Sessiyalardan biri hökumət paneli olmaqla, qabaqcıl texnoloqiyaların sayəsində dayanıqlı inkişaf məqsədlərinə nail olma, istehsal prosesində innovasiyaların tətbiqi, data əsaslı idarəetmə və innovasiya ekosisteminin inkişafı kimi mövzular müzakirə olunacaq. İlin ən böyük innovasiya tədbirini qaçırmayın! Qeydiyyat üçün : www.inmerge.az

    • No alternative text description for this image
  • “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda forum keçirilib İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyinin Elmi Tədqiqat İnstitutu (#ESRI), İqtisadi Əməkdaşlıq Təşkilatı (#İƏT) və Türkiyənin “#İKSAD” İnstitutunun təşkilatçılığı ilə “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda 3-cü İƏT Beyin Mərkəzləri Forumu keçirilib. Tədbirdə yeni nəsil iqtisadiyyat, yaşıl inkişaf və digər məsələlərə dair müzakirələr aparılıb. 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov forumda “Yeni iqtisadi düşüncə və rəqəmsallaşma” panelində moderator kimi iştirak edib. Panel sessiyasında əcnəbi spikerlərin iştirakı ilə Özbəkistanın rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində cari vəziyyəti, kosmik hesablamalar sektorunda fəaliyyətin Çin iqtisadiyyatına təsirləri, həmçinin Gürcüstanda elm və sənaye işbirliyinə dair həyata keçirilən layihələr müzakirə olunub, auditoriyanın sualları cavablandırılıb. Tədbirdə müvafiq qurumların və ali məktəblərin nümayəndələri, İƏT ölkələrinin təmsilçiləri və Foruma məqalə və tezisləri ilə töhfə verən şəxslər iştirak ediblər.

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • 4SİM və ESRI 300 tələbəyə GIS bacarıqlarını inkişaf etdirməyə imkan yaradır   4SİM Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində geniş nüfuza malik olan ABŞ-nin "Esri" şirkəti ilə əməkdaşlıq çərçivəsində "Tələbələr üçün ArcGIS" layihəsinə start verir. Belə ki, 4SİM-in təşkilatçılığı ilə "ESRI" şirkətinin nümayəndələri tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti (Azerbaijan State University of Economics • UNEC), Bakı Ali Neft Məktəbi (Baku Higher Oil School) və Azərbaycan Texniki Universitetində (Azerbaijan Technical University) təhsil alan, hər universitetdə 100 nəfər olmaqla, ümumilikdə 300 tələbə üçün "Esri ArcGIS Online" platformasına ödənişsiz lisenziya təqdim olunacaqdır. Layihənin tələbələrə ətraflı izahı və təqdimatın həyata keçirilməsi məqsədilə hər üç universitetin müəllim və tələbə heyətinin iştirakı ilə onlayn formada məlumat sessiyası keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm-sənaye klasteri 4.0”ın formalaşdırılması istiqamətində görülən tədbirlər sırasında olan bu layihənin əsas məqsədi tələbələrin rəqəmsal xəritələşdirmə və məkan analizi üzrə bilik və bacarıqlarını genişləndirmək, onlara "ESRI"nin tanınmış ArcGIS platformasının tam funksionallığına çıxış imkanı yaratmaqdır. Tələbələr, CİS alətləri vasitəsilə real problemlər üzərində işləyərək, praktiki təcrübə qazanacaq və gələcək karyeralarını bu sahədə inkişaf etdirmək üçün əhəmiyyətli bir addım atacaqlar. Universitetlər 9 ay ərzində "ArcGIS" lisenziyalarından ödənişsiz istifadə ilə təmin olunacaq. Tələbələr, "ESRI"nin geniş təlim resurslarına, onlayn kurslara və dünyanın GIS üzrə ən böyük onlayn təlim platforması olan ESRI MOOC-a (Massive Open Online Course), eləcə də, yer kürəsinin real vaxt rejimində xüsusi rəqəmsal atlasına çıxış əldə edəcəklər.

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image

Similar pages