Qürurumuz və iftixarımız olan Zəfər Günümüz mübarəkdir! #ZəfərGünü #8Noyabr #QarabağAzərbaycandır
Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan
Government Administration
The main goal of the Central Bank is to maintain price stability within its authorities set by the Law.
About us
Azərbaycan Respublikasının Mərkəzi Bankı Central Bank of the Republic of Azerbaijan
- Website
-
http://www.cbar.az
External link for Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan
- Industry
- Government Administration
- Company size
- 501-1,000 employees
- Headquarters
- Baku
- Type
- Government Agency
- Founded
- 1992
Locations
-
Primary
90 Rashid Behbudov street
Baku, AZ1014, AZ
Employees at Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan
-
Vugar Ahmadov
Executive Director at Central Bank of the Republic of Azerbaijan
-
Seymur Ibadov , PhD
Head of Investment Research and External Managers oversight @ Central Bank of Azerbaijan | Ph.D. in Economics
-
Ali Ahmadov
Executive Director at the Central Bank of Azerbaijan
-
Azer Alasgarov
Director of Monetary Policy Department at Central Bank of Azerbaijan
Updates
-
Noyabr ayının 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (#BMK) “Dünya üzrə dayanıqlı maliyyənin inkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı tədbir təşkil edəcək. Maliyyə, İnvestisiya və Ticarət Günündə keçiriləcək bu tədbir dünya miqyasında dayanıqlı maliyyə çərçivələrinin əlaqəliliyini artırmaqla yaşıl keçidin irəliləyişinə dair müzakirələr üçün effektiv platformaya çevriləcək. Bu tədbirdə yalnız Mavi Zonada akkreditasiyadan keçmiş şəxslər iştirak edə bilər. #MərkəziBank #COP29
-
Noyabr ayının 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı #COP29-da Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” mövzusunda mühüm tədbir təşkil edəcək. Bu tədbir Çoxtərəfli İnkişaf Bankları (MDB-lər), investorlar da daxil olmaqla dövlət və özəl sektorların liderlərini bir araya gətirərək iqlim maliyyələşməsi fəaliyyətinin sürətləndirilməsini və yaşıl keçiddə Paris Sazişinin məqsədlərinə çatmaq üçün zəruri olan miqyasda resursların səfərbər edilməsini hədəfləyir. Bu tədbirdə yalnız Mavi Zonada akkreditasiyadan keçmiş şəxslər iştirak edə bilər. #MərkəziBank
-
Mərkəzi Bankın sədri Taleh Kazımov Toronto Mərkəzinin prezidenti və baş icraçı direktoru Babək Abbaszadənin müsahibi olub. Sədr “COP29-a gedən yol” mövzusunda keçirilmiş müsahibədə ölkəmizin qlobal iqlim təşəbbüslərinə sadiqliyini vurğulayaraq Mərkəzi Bankın bu təşəbbüslərin həyata keçirilməsinə dəstək mexanizmlərindən bəhs edib. Taleh Kazımov qlobal liderləri bir araya gətirən COP29 tədbirinin planetimizin rifahı naminə iqlim fəaliyyətini təşviq etməkdə mühüm platforma olduğunu bildirib. Müsahibənin tam mətni ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz: https://ow.ly/1xE350U1NKW #MərkəziBank
-
Xüsusi tənzimləmə rejimində sınaqlarda iştirak imkanı qazanmış şirkətlərin məhsulları müəyyən olunub. Ətraflı: https://lnkd.in/eR9KQE2X #MərkəziBank
-
Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin “Türk Yaşıl Maliyyə Şurası”nın yaradılması barədə Memorandum imzalanıb. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Astana Maliyyə Mərkəzi, Qırğız Qiymətli Kağızlar Birjası və Türkiyə Qiymətli Kağızlar Təşkilatı arasında imzalanmış Memoranduma əsasən Şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, ekoloji, sosial və idarəetmə faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətlərinin göstərilməsidir. #MərkəziBank
-
Tariximizin şanlı səhifələrini yaşadan Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri olaraq müəyyən edilmiş 08–13 noyabr 2024–cü il tarixlərində bankların və “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri və Mərkəzi Bankın Qaynar xətti fəaliyyət göstərməyə davam edəcək. Həmin günlərdə müvafiq maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatla tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz: https://lnkd.in/eZyq2_Bh #MərkəziBank
-
Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb. Görüş zamanı sığorta sektorunun üçüncü rüb üzrə fəaliyyəti və nəticələri müzakirə olunub. Həmçinin sığorta sektorunun inkişaf tendensiyaları və çağırışları, potensial imkanları və ortamüddətli perspektivdəki strateji təşəbbüsləri nəzərdən keçirilib. #MərkəziBank
-
Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan reposted this
🇦🇿 Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının yaradılmasına dair Memorandumu imzaladıq. Memorandum mərkəzi banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və bir çox sahələrdə qurumlar arasında bilik və təcrübə mübadiləsinin təşviqinə töhfə verəcək. 🇬🇧 We signed a Memorandum on the establishment of the Council of Central (National) Banks of the Member States of the Organization of Turkic States in Bishkek. The Memorandum will contribute to strengthening cooperation among central banks and promote the exchange of knowledge and experience between institutions in various areas. Türk Devletleri Teşkilatı Sekretaryası - Secretariat of Organization of Turkic States Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan