ILT ACADEMY

ILT ACADEMY

Professional Training and Coaching

About us

2013-cü ilin mart ayından Azərbaycanda müxtəlif təlimlər, biznes vərdişlərinin təkmilləşdirilməsi, heyətin idarə edilməsinin psixoloji təminatı, şəxsi və həmçinin professional inkişafa yönəlmiş xidmətlər təklif edən yeni firma – “ILT ACADEMY” olaraq fəaliyyətə başladıq. İş dünyasının sürətlə dəyişən dinamikasını izləmək, dəyişikliklərlə ayaqlaşmaq, şirkətinizin bazardakı mövqeyini qoruyub saxlamaq və daha da yüksəltməyi ancaq təhsilli, özünü davamlı inkişaf etdirən və doğru istiqamətdə motivasiya edilmiş idarəçilər və çalışanlar təmin edilə bilər. ILT ACADEMY qurumunuz və personalınız üçün doğru seçimlər edərək, istəklərinizə çatmanızı maksimum təmin edəcək təhsil proqramları təşkil edir. Şirkətimiz tərəfindən, ixtisaslaşdığımız sahə üzrə təlimlərin və seminarların keyfiyyətinə təminat verən müvafiq prosedurlar və standartlar tətbiq edilməkdədir. Təlimlər fəaliyyət göstərdiyimiz sahə üzrə Türkiyənin bir sıra öndə gedən korporasiyaları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və hər biri sahəsində ixtisaslaşmış, nəzəri biliklərlə yanaşı iş dünyasında praktik təcrübə səviyyələri yüksək olan xarici mütəxəssislər tərəfindən qurumunuza özəl olaraq hazırlanmış, aktual və praktik məlumatlardan ibarət olan, Azərbaycan həqiqətləriylə birə-bir üst-üstə düşən təlimlərdir.. Təlimçilər beynəlxalq səviyyədə sertifikasiya keçmiş, xaricdən dəvət olunan, sahəsinin peşəkarları olan iş adamlarıdır. Tədris proqramı tərtib olunarkən şirkətinizin məşğul olduğu sahə, konkret məqsədləriniz və təhsil müddəti, əməkdaşlarınızın bilik səviyyəsi, keçmiş olduqları təlimlər, iş spesifikası və s. nəzərə alınır. Təlim, seminar və ixtisaslaşdırılmış kurslarımız müştərilərimizin fərdi təlim ehtiyaclarını ödəmək üçün diqqətlə işlənib hazırlanır..

Industry
Professional Training and Coaching
Company size
2-10 employees
Headquarters
Bakı
Type
Educational
Founded
2013
Specialties
Korporativ Təlimlər, Debat, and Açıq Təlim Tədbirləri

Locations

  • Primary

    Nobel pr. 15, Azure Biznes Mərkəzi, 26-cı mərt.

    Bakı, AZ

    Get directions

Similar pages