Karabakh University

Karabakh University

Higher Education

Khankandi, Azerbaijan 10,830 followers

The official "LinkedIn" account of Karabakh University

About us

The official "LinkedIn" account of Karabakh University

Website
https://edu.gov.az/
Industry
Higher Education
Company size
51-200 employees
Headquarters
Khankandi, Azerbaijan
Type
Educational
Founded
2023
Specialties
Master's degree, Bachelor's degree, and PhD

Locations

Employees at Karabakh University

Updates

  • View organization page for Karabakh University, graphic

    10,830 followers

    Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin Menecment ixtisasının tələbələri üçün "Turizm və turizm menecmenti” mövzusunda maarifləndirici seminar təşkil olunub. İqtisadiyyat fakültəsinin müəllimi Rəşad Məmmədov tərəfindən təşkil olunan seminarda Qarabağ Universitetinə Ankara Hacı Bayram Veli Universitetindən qonaq professor kimi dəvət edilmiş professor Evrən Güçər məruzəçi qismində çıxış edib. Görüş müddətində tələbələrə xidmət sahələrindən biri olan turizm sektoru, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm potensialları haqqında məlumatlar verilib. Sonda turizm menecmenti və onun mahiyyəti, eləcə də turizmin növləri ilə bağlı məsələlər ətrafında müzakirə aparılıb, tələbələrin sualları cavablandırılıb. #QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #İqtisadiyyatFakültəsi #Seminar #Turizm #Menecment

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +3
  • View organization page for Karabakh University, graphic

    10,830 followers

    Qarabağ Universitetində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbələr arasında təşkil edilən yarışın 2-ci turu keçirilib. Böyük maraqla qarşılanan və gərgin mübarizə şəraitində keçən oyunda 23 komanda üzrə ümumilikdə 130 tələbə iştirak edib. Oyunun yekununda "İstiqlal" və "Xaos" komandaları eyni nəticə toplayaraq birinciliyi bölüşüblər. Yarışın keçirilməsində əsas məqsəd gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması, tələbələrin yaradıcı inkişafına təkan verilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır. Qeyd edək ki, klubun oyunları hər həftənin şənbə günü təşkil ediləcək. #QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #PedaqojiFakültə #İntellektualOyunlarKlubu #Klub

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +5
  • View organization page for Karabakh University, graphic

    10,830 followers

    Qarabağ Universitetində Konstitusiya Məhkəməsi tərəfindən “Zəfər çalmış dövlətin Əsas Qanunu” mövzusunda təşkil edilən Hüquq olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Dövlət Himninin ifa olunması ilə başlayan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov əsası Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğu ilə bağlı geniş nitq söyləyib, gənclərin hüquqi dünyagörüşlərinin artırılmasının vacibliyini vurğulayıb. Rektor Konstitusiya Məhkəməsinə belə ictimai-faydalı və stimullaşdırıcı təşəbbüs üçün təşəkkürünü bildirərək olimpiada qaliblərini təbrik edib. Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Cinayət və İnzibati hüquq şöbəsinin müdiri, III dərəcə dövlət qulluğu müşaviri Dürdanə Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına müraciətini oxuyub və qeyd edib ki, qurum tərəfindən gənclər arasında konstitusion dəyərlərin təbliği məqsədilə ənənəvi olaraq olimpiadalar təşkil olunur, maarifləndirmə işləri aparılır. Qarabağ Universiteti üzrə I yeri tutan Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Nəsirova Zenfira Rəşadət qızı, II yeri tutan İqtisadiyyat fakültəsinin tələbəsi Yusibov Əli Tərxan oğlu, III yeri tutan Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Quliyev Emil Vaqif oğlu və fərqlənən 16 tələbə təltif ediliblər. Qeyd edək ki, Xankəndi, Şuşa, Xocalı, Laçın, Füzuli, Zəngilan məktəblərində keçirilən olimpiadada iştirak edən 51 şagird də fərqlənərək diplomlara layiq görülüb. #QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #KonstitusiyaMəhkəməsi #Mükafatlandırma #HüquqOlimpiadası

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +7
  • View organization page for Karabakh University, graphic

    10,830 followers

    Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyəti üzvləri və Qarabağ Universitetinin rəhbər heyəti arasında görüş keçirilib. DAAB-ın təşəbbüsü ilə onlayn formatda baş tutan görüş tədris, elmi-tədqiqat, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanınması və nüfuzunun gücləndirilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən alimlərin qatıldığı görüşdə DAAB-ın İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov giriş sözü ilə çıxış ediblər. Ətraflı: https://shorturl.at/dHftJ #QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #Alimlər #Görüş #Onlayn

    • No alternative text description for this image
  • View organization page for Karabakh University, graphic

    10,830 followers

    Qarabağ Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şuşada ilk dəfə keçirilən əmək yarmarkasında təmsil olunub. Yarmarkada Qarabağ Universitetinin əməkdaşları və tələbələr iştirak ediblər. Qarabağ Universitetinə məxsus materialların paylaşılması və sərgilənməsi üçün ayrılan xüsusi bölmədə müvafiq vakansiyalar üzrə məlumat müraciətçilərin diqqətinə çatdırılıb. Müraciət edən şəxslərin qeydiyyatı aparılıb və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə növbəti mərhələyə dəvət olunacaqları bildirilib. Qeyd edək ki, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 26 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 250-dən çox vakansiya təqdim olunub. #QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #ƏməkYarmarkası #Şuşa #ƏMAS #ƏSMN

    • No alternative text description for this image
  • View organization page for Karabakh University, graphic

    10,830 followers

    Qarabağ Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib İclası giriş sözü ilə Elmi Şuranın sədri Şahin Bayramov açıb. Sədr Prezident İlham Əliyevin Qarabağ Universitetinə və təhsil sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və səmərəli elmi tədqiqat nəticələrinin əldə edilməsi istiqamətində görüləcək işlərdən danışıb. Elmi Şuranın gündəliyi təsdiq edildikdən sonra Universitetin Tədris şöbəsinin müdiri Leyla Əliyeva 2024/2025-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri ilə bağlı məlumatı Şura üzvlərinin diqqətinə çatdırıb. Bildirilib ki, Universitet üzrə qəbul planı 98,5 faiz dolub və bu göstərici əksər fakültələr üzrə 100 faiz olub. Sonra Elm və innovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov tədrisin təşkili vəziyyəti, professor-müəllim heyətinin elmi fəaliyyətinin təşviqi, tələbələrin biliklərinin qiymətləndirilməsi və imtahan qaydaları barədə məlumat verib. Müzakirələrdən sonra sözügedən məsələlər barədə müvafiq qərarlar qəbul olunub. Daha sonra Pedaqoji, İncəsənət, Mühəndislik, İqtisadiyyat, Humanitar və sosial elmlər fakültələri üzrə ixtisasların tədris planları təsdiq olunub. Sonda bir sıra cari məsələlərə baxılıb. #QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #ElmiŞura #İclas

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +2
  • View organization page for Karabakh University, graphic

    10,830 followers

    Qarabağ Universiteti və ABB arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Qarabağ Universitetində keçirilən tədbirdə sənədi Qarabağ Universitetinin rektoru Şahin Bayramov və ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov imzalayıb. Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə çıxış edərək dövlət başçısı tərəfindən qarşıya qoyulan strateji hədəflərdən danışıb. Ş.Bayramov universitetə qəbul olan tələbələrin göstəricilərinin olduqca yüksək olduğunu, eləcə də professor-müəllim heyəti barədə məlumatları diqqətə çatdırıb. Rektor universitet üçün bu cür tərəfdaşlıqların zəruri olduğunu vurğulayıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Qarabağ Universitetinin ilk tərəfdaşı olmaqdan məmnun olduğunu ifadə edərək bildirib ki, Qarabağı, Şərqi Zəngəzuru elm və təhsil məkanına çevirmək hər birimizin əsas missiyasıdır. İmzalanan memoranduma əsasən, universitetin ən yüksək təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə Qarabağda təhsilin və mədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairə Xurşidbanu Natəvanın şərəfinə “Natəvan təqaüdü” veriləcək. Onu da qeyd edək ki, Qarabağ Universitetinin tələbələri üçün ABB tərəfindən yay tətili dövründə təcrübə proqramlarının təşkili də nəzərdə tutulur. #QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #ABB #Memorandum #Əməkdaşlıq #XurşidbanuNatəvan #Təqaüd #NatəvanTəqaüdü

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • View organization page for Karabakh University, graphic

    10,830 followers

    Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin Menecment ixtisasının tələbələri üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində master-klass təşkil olunub. İqtisadiyyat fakültəsinin müəllimi Rəşad Məmmədov tərəfindən təşkil olunan seminarda Universitetin əməkdaşı Aytac Cavadova qonaq spiker qismində iştirak edib. Seminarda Azərbaycanda ekoloji vəziyyət, COP29 tədbiri, onun mahiyyəti, keçirilmə səbəbi və iqlim dəyişikliyinin həlli yollarına verilə bilinəcək töhfələr tələbə və müəllimlər tərəfindən ətraflı müzakirə edilib. Dərs müddətində tələbələri maraqlandıran ekoloji məsələ və iqtisadi yanaşmalar müzakirə olunaraq bu istiqamətdə aktual məsələlərə toxunulub. #QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #İncəsənətFakültəsi #Seminar #COP29 #YaşılDünyaNaminəHəmrəylikİli #MasterClass

    • No alternative text description for this image
  • View organization page for Karabakh University, graphic

    10,830 followers

    Qarabağ Universitetinin Mühəndislik fakültəsində kompüter, mexatronika və robototexnika, elektrik və elektronika, inşaat, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasları üzrə tədris aparılır. Fakültə dekanı Hüseyn Mirzəyev və Mexatronika kafedrasının müəllimləri tədris proqramının məzmunu, süni intellekt laboratoriyaları və tələbələrin növbəti dönəmdə nəzərdə tutulan təcrübə müddəti barədə fikirlərini bölüşüblər. #QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #MühəndislikFakültəsi #AkademikHeyət #TədrisProqramı

Similar pages