STEAM GROUP
H.O.S.T Alliance BakuClan
STEAM GROUP
H.O.S.T Alliance BakuClan
0
IN-GAME
0
ONLINE
Founded
29 November, 2023
Location
Azerbaijan 
ABOUT H.O.S.T Alliance

H.O.S.T qeyri-rəsmi Steam qrupu

Vikipediya: [az.wikipedia.org]

H. O. S. T (Hava Od Su Torpaq) – Azərbaycan rep qrupu.
Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub.
PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki
vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib.
2005–2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə
uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandır rep yazan
Qaraqan və Jamal Ali'yə, Felon De Jure, Feck və ErranT da qoşulub.
"Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır.
Elə həmin dövrdə Baku Clan üzvləri ilə yaxın dostluq əlaqələrinə malik olan
PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi.
Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra treklər yazdırır.
2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox,
bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır.
Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur.
2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə
qərar verərək özünü – H. O. S. T Alliance adlandırır.
Bu birliyə elə həmin dost əhatəsində olan Dərviş və AiD də daxil olur.
2009-cu ildə İsveçrədə baş tutan "Azərbaycan Günləri" adlı tədbirdə iştirak edən
AiD və PRoMete "Addım-addım", "Enigma", "Qurtul" və "Dinlə" treklərini ifa edirlər.

2007–2012-ci illərdə fəaliyət göstərmiş qrupun 50-dən çox konserti baş tutub ki,
onların ən böyüyü də 2012-ci il, 4 mart tarixində
Dəniz vağzalında keçirilmiş "Beşikdən Məzara" adlı konsertdir.
İlk konsertləri isə 2007-ci ilin 9 dekabrında "Yuğ Dövlət Teatr"ında baş tutub.
Əlavə olaraq da "Reinkarnasiya"(21.02.2009), "Rekviem"(2010), "Qısa Qapanma"(2011),
"Biz İnsan Deyilik"(2011) kimi konsertlər ən yadda qalan və geniş auditoriyalı konsertlərdəndir.

YouTube tərəfindən yaradılan Baku Clan YouTube kanalı

H.O.S.T rəsmi YouTube kanalı

YouTube tərəfindən yaradılan H.O.S.T YouTube kanalı

QARAQAN rəsmi YouTube kanalı

AİD rəsmi YouTube kanalı

ProMete rəsmi YouTube kanalı
POPULAR DISCUSSIONS
VIEW ALL (1)
GROUP MEMBERS
Administrators
0
IN-GAME
0
ONLINE
0 IN CHAT
Enter chat room
Founded
29 November, 2023
Location
Azerbaijan